Medianews.az xəbər verir ki, Türkiyə Hava Yolları (THY) Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi və Rostov şəhərlərinə uçuşları dayandırma qərarını uzadıb.
THY-nin sosial media hesablarından yazılıb: “THY-nin Yekaterinburq, Minsk, Soçi, Rostov reysləri 2022-ci ilin 30 sentyabr tarixi də daxil olmaqla, ləğv edilib. Bilet dəyişmə və geri qaytarma əməliyyatlarınızı agentliyinizdən, internet saytımızdan və ya 0 850 333 0 849 nömrəli zəng mərkəzimizdən həyata keçirə bilərsiniz.”
Medianews.az