Şanlıurfada yaşayan İbrahim Tatlısəsin birinci həyat yoldaşı Ədalət Durak bu gün ədliyyəyə gedərək onu təhqir edən müğənni haqqında cinayət işi açıb.
Medianews.az xəbər verir ki, Ədalət Durak şikayət ərizəsində keçmiş həyat yoldaşının qatıldığı canlı yayım proqramında dini inancına istinad edərək, “qara örtülüdür” deyərək onu təhqir etdiyini iddia edib.
Ədalət Durak vəkili vasitəsilə etdiyi cinayət şikayətində onu keçmiş həyat yoldaşının geyiminə görə “Qara ilan”, dini inancına görə isə “Sehrbaz” adlandıraraq ictimaiyyət qarşısında təhqir etdiyini bildirib.
Hakim, Ədalət Durakın keçmiş həyat yoldaşı İbrahim Tatlısəsin təhqir cinayətini tənzimləyən TCK-nın 125-ci maddəsinə əsasən, Asliye Cəza Məhkəməsində mühakimə olunaraq, cəzalandırılmasını istəyib.
Xatırladaq ki, İbrahim Tatlısəs qatıldığı televiziya proqramında canlı yayımda ona tilsim edildiyini iddia edib. Türkücü gənc sevgilisi ilə evlənmək yolunda olduğunu, lakin tilsim ucbatından işlərinin yaxşı getmədiyini, evinə “piy” sürtüldüyünü iddia edib.
Leyla, Medianews.az