Rusiyadan gələn təbii qaz axınının kəsilməsi səbəbiylə Almaniyada qış aylarının çox çətin keçəcəyi gözlənilir.
Medianews.az xəbər verir ki, Almaniyada hökumət nümayəndələri daim xəbərdarlıq edərək enerjiyə qənaət etməyi və enerjidən qənaətlə istifadə etməyi məsləhət görürlər.
Hətta qışda qızdırıcıların temperaturunun aşağı salınması, müəyyən saatlarda isti suyun kəsilməsi, qapalı hovuzların tamamilə bağlanması və ya suyun qızdırılmaması kimi bir çox fərqli tədbirlərdən bəhs edilir.
Almaniyanı gözləyən mümkün enerji böhranına diqqət çəkmək üçün prezident Frank-Valter Ştaynmayer paytaxt Berlindəki rəsmi iqamətgahı Bellevue Sarayının işıqlarının axşamlar söndürülməsini əmr edib.
Məlumata görə, qətiyyətli zərurət olmadıqda, sarayı işıqlandıran işıqlar gecə saatlarında söndürüləcək, çöl ərazinin işıqlandırılması isə təhlükəsizliyə xələl gətirmədən minimum səviyyədə məhdudlaşdırılacaq.
Qeyd edək ki, əvvəllər oxşar binaların, xüsusilə Berlinin simvollarından biri olan tarixi Brandenburq qapısının gecə işıqlandırılmasına məhdudiyyətlər qoyulmuşdu.
Leyla, Medianews.az