“Rusiya Ukraynada ilhaq planını reallaşdırmağa davam edərsə biz müttəfiqlərimiz və tərəfdarlaımızla birlikdə tez və qəti cavab verəcəyik”.
Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi açıqlama yayıb.
“Rusiyanın atacağı növbəti addım bizə məlumdur. Rusiya işğal etdiyi Ukrayna ərazilərinin ilhaqı üçün əsas hazırlayır. Bu, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin birbaşa pozulmasıdır. Rusiya ilhaq planını reallaşdırmağa davam edərsə biz müttəfiqlərimiz və tərəfdarlarımızla birlikdə tez və kəskin cavab verəcəyik”, – səfirlikdən bildirilib.
Qeyd edək ki, Rusiya Krım yarımadasını ilhaq edib.