Rusiya-Ukrayna müharibəsinin beşinci ayında Rusiya Ukraynanın cənubundakı Odessa limanına hücum etdi və bu, Qara dənizdən taxıl daşımalarına yenidən başlamaq üçün imzalanmış beynəlxalq müqavilə ilə bağlı narahatlıqları artırdı.
Medianews.az xəbər verir ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda əldə olunan razılaşmadan sonra Odessa vilayətinə ikinci hücumun həyata keçirildiyini açıqlayıb.
Sosial media hesabında açıqlama verən Zelenski, “Zatoka adi bir kənddir. Bura sadə insanların yaşadığı, bir daha xüsusi ilə qeyd edirəm sadəcə yaşadığı bir yerdir. Nə baza, nə də əsgər var. Rusiya Federasiyasından olan terrorçular atəş açmaq istəyirlər. Onlar hər şeyə cavabdeh olacaqlar”.
Zelenskinin paylaşdığı görüntülərdə kəndin küçələrinin xarabalığa çevrildiyi, tüstünün qalxdığı anlar var.
Leyla, Medianews.az