Vanqanın keçmişdə verdiyi açıqlamaları araşdıran və təhlil edən mütəxəssislər, 2021-ci ilin son günlərində məşhur kahinin 2022-ci il üçün bəzi kehanetlərinin olduğunu açıqlayıblar.
Medianews.az xəbər verir ki, İngiltərə mətbuatı Vanqanın 2022-ci il üçün verdiyi proqnozları dərc edib.
“Mirror” qəzeti Vanqanın “Böyük şəhərlərdə su qıtlığı və quraqlıq olacaq” proqnozunun 2022-ci ildə gerçəkləşdiyini yazıb. Bu yaxınlarda İtaliya və Portuqaliyada həddindən artıq istilərlə əlaqədar su qıtlığının yaşandığı və yerli hökumətlərin əhaliyə xəbərdarlıq etdiyi açıqlanıb.
Xatırladaq ki, hər iki ölkə 1950-ci illərdən bəri tarixin ən quraq dövrünə qədəm qoydu və yerli hökumətlər “Sudan şüurlu istifadə edin” bəyanatını verdilər.
Vanqanın 2022-ci il üçün başqa bir proqnozu isə bu il çoxlu zəlzələ və sunamilərin olacağıdır. Məşhur öncəgörücünün bu proqnozu da özünü doğruldub. Belə ki, bu həftə güclü yağışlar və daşqınlar xüsusilə Avstraliya və Asiyanın bəzi bölgələrində həyata mənfi təsir edib. Hindistan, Pakistan, Yeni Zelandiya və Avstraliyada leysan yağışlar və daşqınlar çoxlu sayda insanın ölümünə səbəb olub.
Bundan əlavə İngiltərə və ABŞ mətbuatında çıxan xəbərlərdə Baba Vanqanın 6 kehaneti olduğu bildirilir:
1- Təbii fəlakətlər, zəlzələ və tsunamilər
2- Ölümcül virus
3- İçməli su böhranı
4- Yadellilərin hücumu
5- Aclıq
6- Virtual reallıq
Leyla,Medianews.az