Ukraynada hərbi vəziyyət dövründə 8479 dövlət qulluqçusu işdən çıxarılıb.
Medianews.az xəbər verir ki, bu barədə Dövlət Qulluğu üzrə Milli Agentlik məlumat yayıb .
“İşləyən dövlət qulluqçularının faktiki sayı 168 140 nəfərdir. Onlardan 127 000-dən çoxu adi iş rejimində, 14 000-ə yaxını distant rejimdə işləyir, 18 000-dən çoxu boş vaxtda, 7 000-ə yaxını isə ödənişsiz məzuniyyətdədir”, – deyə hesabatda bildirilib.
Məlumata görə, ruslar tərəfindən işğal edilmiş Ukrayna ərazisində, hərbi əməliyyatların aparıldığı ərazilərdə və ya blokadada olan ərazilərdə yerləşən dövlət qulluqçularının sayı 7451 nəfərdir.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrində xidmət edən dövlət qulluqçularının sayı 3568 nəfər, ölən dövlət qulluqçularının sayı isə 53 nəfərdir.
Qeyd olunur ki, 6739 qadın uşaqlarını Rusiyanın silahlı təcavüzündən xilas edərək xaricə gedib.
Onu da əlavə edək ki, əvvəllər bildirilirdi ki, iki sekvestrdən sonra dövlət qulluqçularının maaşları 10-15% azalıb.
Leyla, Medianews.az