Məlum olub ki, ABŞ -ın keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner qalxanabənzər vəzi xərçəngi ilə mübarizə aparır.
Medianews.az xəbər verir ki, Trampın qızı İvanka Trampla evli olan və qayınatasının prezidentliyi dövründə baş məsləhətçi vəzifəsində çalışan Kuşnerin xatirələrindən bəzi hissələri ictimaiyyətlə paylaşılıb.
İngiltərənin aparıcı xəbər agentliklərindən biri olan Reuters-in paylaşdığı mətndə Kuşnerə 2019-cu ildə qalxanabənzər vəzi xərçəngi diaqnozu qoyulduğu bildirilib. Kitabda Kuşner Ağ Evin həkimi Sean Conley tərəfindən xəbərdarlıq edildiyini və xəbəri Texasda aldığını deyir. Həkim Konlinin Kuşnerə “ən tez zamanda əməliyyat olunmalısan” dediyi də bildirilir.
Kitabda Kuşnerin bu məlumatı ictimaiyyətdən gizlətdiyi və yalnız qayınatasının bu məlumatdan xəbəri olduğu öyrənilib.
“Əməliyyatdan bir gün əvvəl Tramp məni Oval kabinetə çağırdı və əməliyyatdan əvvəl əsəbi olub-olmadığımı soruşdu. Ondan bunu haradan bildiyini soruşdum. O, mənə “Mən ABŞ prezidentiyəm” dedi”.
Onu da əlavə edək ki, əməliyyat zamanı Kuşnerin qalxanabənzər vəzinin bir parçasının çıxarıldığı da qeyd edilib.
Leyla, Medianews.az