Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Qurban Qurbanov mənim üçün atadır”

ZARA
26/07/2022 23:29
142
BAXIŞ
FacebookTwitterTelegram

Sports.az-ın Mahir Emreli ilə Zaqrebdən eksklüziv müsahibəsinin davamı

Mahir Emreli Avropada özündən söz etdirməyə çalışır. Futbolçumuz bunu “Legiya”da bacardı. İndi növbə “Dinamo Zaqreb”indi.

Avropa karyerasına başlayandan Azərbaycandan Mahirin yanına gedən jurnalist olmamışdı.

Sports.az bir ilkə imza atdı.

Mahir Emreli ilə eksklüziv müsahibəni təqdim edirik.

– Qısa müddətdə Azərbaycan üçün Mahir Emreli, Namiq Ələsgərov, Rəhman Hacıyev və bir çox başqa istedadı bəxş etmiş “Bakı” Futbol Klubunun Akademiyası yerində göydələnlər tikmək üçün artıq neçə ildir dağıdılıb… Belə bir fikir var ki, Azərbaycanda futbolçu yetişmir. Səbəblərdən biri də uşaq futboluna bu cür münasibət deyilmi?

– Təbii. Bilirsiz “Bakı” Futbol Klubunun Akademiyasının başqalarından üstünlüyü nə idi? Başqaları deyəndə bir “Bakı”nın, bir də “Qəbələ”nin müasir tələblərə cavab verən Akademiyası vardı. “Qəbələ”də indi də var. Amma şərait dəyişib, buna görə də əvvəlki kimi fəal deyillər.

O zaman aşağı yaşların çempionatında region komandaları çox idi. Biz Yevlaxda, Gəncədə, Şəmkirdə, Lənkəranda, Tovuzda oynayırdıq. “Bakı”nın seleksiyaçıları da bölgələrdəki istedadları seçib akademiyamıza gətirir, onlar üçün hər şəraiti yaradırdılar.

Düşünürəm ki, belə bir akademiyanın dağıdılması Azərbaycan futboluna çox böyük ziyan oldu. Çünki, açıq danışaq bölgələrdə istedadlı uşaqlar çoxdu, amma şərait yoxdu. Bu akademiyanı ən azı o məqsədlə saxlamaq olardı ki, sırf bölgələrdən istedadlı uşaqları tapıb gətirib yetişdirsinlər.

– Tamamilə haqlısan. Əvvəl eyni praktikanı “Qəbələ” də edirdi. Amma indi təssüf ki, klubun maliyyə vəziyyəti buna imkan vermir…

– Ümumiyyətlə, “Bakı”nın akademiyasının bəlli strategiyası vardı, hər il yeniliklər edirdilər. Məsələn, bunu bəlkə də heç kim bilmir, ilk dəfə sizə deyirəm. Bizim akademiyada sırf hücumçularla işləyən məşqçi vardı – Mustafa Adnan Yazıcıoğlu. Türkiyədə qol kralı da olmuşdu. O həm Namiq Ələsgərovun da olduğu 1995-ci il təvəllüdlü uşaqların baş məşqçisi idi, həm də, bütün yaş qruplarında hər həftə ayrıca fərdi hücumçu məşqi keçirdi. Nəticədə, “Bakı” axırıncı yer tutsa da, Nurlan Novruzov çempionatın bombardirlər siyahısında birinci yer tutdu. Sonra iki dəfə dalbadal mən bombardir oldum. Ardından 18 qol mən vurdum, 19 qolla Namiq Ələsgərov birinciliyə yiyələndi. Bunda Adnan hocanın da əməyi vardı.

– Azərbaycana qayıdıb bizim klublarımızda oynamaq ağlından keçir?

– Hər şey yolunda getsə, ciddi zədə almasam və s., istəyərdim karyeramı “Qarabağ”da bitirim. Amma bu haqda danışmaq hələ çox tezdi, 25 yaşım var, enerjim aşıb-daşır (gülür). Tez-tez Qurban Qurbanovla, Rəşad Sadıqovla danışırıq. Onların da mənə ümidləri böyükdür, istəyirlər Avropada ciddi uğur qazanım. İnşallah, Allah qismət eləsə, utandırmasa olar, ondan sonra niyə də futbolçu kimi formalaşdığım bir yerdə karyeramı bitirməyim?!
Anam isə ümid edir ki, onacan “Zaqatala” Premyer Liqaya çıxacaq və gəlib bir mövsüm də orda oynayacam.

– Bəs sənin özün üçün Zaqatala nə deməkdi?

– Zaqatala mənim üçün doğma yerdir, uşaqlığımdır, hər şeyimdir. Mən bir az tez böyüdüm, çox da uşaqlıq yaşaya bilmədim, 15 yaşımdan Premyer Liqada çıxış edən “Bakı”da oynamağa başladım. Millinin aparıcı üzvlərindən Kamran Ağayev qapıda, təcrübəli və əla formada olan Aqil Nəbiyev müdafiədə, çoxlu başqa tanınmış futbolçular… İstər-istəməz onların qarşısında daha ciddi olmalısan, yəni, uşaqlıq etmək yeri deyil ora.
Tay-tuşlarım hansısa əyləncəvi oyunlar oynayanda, mən professinal klubda məşq edirdim. Buna görə uşaqlıq xatirələrim daha çox Zaqatala ilə bağlıdı. Hər yay ora istirahətə gedirdik. İndi də orda bütün neqativ canımdan çıxır, ancaq müsbət enerji alıram. Zaqatalada keçirdiyim hər an mənim üçün pozitivdir. Hər dəfə biləndə ki, Zaqatalaya gedəcəyik kefim super olur.

– Mahir Emreli üçün Qurban Qurbanov kimdir…

– Qurban Qurbanov… Nə bilim… Sözlə… Qurban Qurbanov mənim üçün atadır, qardaşdır, əmidir, mənə bu dünyada ən dəyərli insanlardan biridir. Bu gün Zaqrebdə, sabah Madriddə ola bilərəm. Nəyə nail olmuşamsa, oluramsa, olacamsa hamısı bu insanın haqqıdır. Bütün uğurlarımda, qol vuranda, oyuna çıxanda hər zaman gözümün qabağından, ağlımdan keçər o adam. “Qarabağ”da olduğum 6 ildə bir xoşbəxt məqam var. Həmin hadisə olan gecə yatmamışdım. “Neftçi”ni 3:2 udub mən birinci dəfə bombardir olanda idi. Gəlib qucaqladı, dedi səninlə fəxr edirəm. Birinci dəfə idi ondan belə söz eşidirdim. Bu sözləri ondan eşitmək… Komandaya deyər, ümumi uğurda deyər, amma mənə qarşı münasibəti başqa olub, məni daha çox sıxıb, məndən daha çox gözləyib deyə…

Bir əhvalat var. Deyirlər Mayk Tayson hansısa döyüşünü 10 saniyəyə nokautla udub, məşqçisi qayıdıb ki, belə dayansaydın uduzacaqdın. Tayson öz-özünə fikirləşib ki, mən 10 saniyəyə qalib gəldiyim oyunda da batırmağı bacarmışam…

Mən də qol vururdum, sevinirdim, Qurban müəllim deyirdi ki, nə sevinirsən top başına dəyib girib də.
Bir dəfə “Keşlə” ilə oyunda het-trik elədim. Qapıçı Davud Kəriminin də karyerasının sonu, yaşlı vaxtları idi. Mən uşaq olanda onun daha yaxşı dövrünü də görmüşəm.

Hər nəsə, het-trik etmişəm, sevinirəm. Qurban müəllim gəlib dedi ki, nəyə sevinirsən, otuzneçə yaşlı qapıçıya qol vurmusan da. Mən də özümü Tayson kimi hiss elədim ki, het-trik etsəm də, bulamağı bacarmışam…
Qurban Qurbanovun müsbət fikirləri də, mənfi fikirləri də qəbulumdu, onun yeri hər zaman başqadı. Səmimi qəlbdən deyirəm, heç kim, onun yerini verə, onu əvəz edə bilməz.

DAHA ÇOX OXU

“Real Madrid” futbolçusunu icarəyə verib
İdman

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42
İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir
İdman

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11
“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)
1-MANŞET

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

18/08/2022 14:27
Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO
İdman

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

18/08/2022 14:13
Mauro İkardi “Qalatasaray”la danışıq aparmaq üçün İstanbula gedib
İdman

Mauro İkardi “Qalatasaray”la danışıq aparmaq üçün İstanbula gedib

18/08/2022 13:49
Dünya çempionatı: Son yeddi ildə ilk dəfə…
İdman

Dünya çempionatı: Son yeddi ildə ilk dəfə…

18/08/2022 11:17
SON XƏBƏR
Dəhşətli QƏTL- Keçmiş sevgilisini avtomobildə güllələyib xəstəxananın qabağına atdı

Dəhşətli QƏTL- Keçmiş sevgilisini avtomobildə güllələyib xəstəxananın qabağına atdı

Qəssab işləyən qadın boğazından bıçaqlanan yeniyetməni belə xilas etdi – VİDEO

Qəssab işləyən qadın boğazından bıçaqlanan yeniyetməni belə xilas etdi - VİDEO

“Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” – Bakıda film kimi hadisə

“Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” - Bakıda film kimi hadisə

Xəbər lenti

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

18/08/2022 17:50

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

“Covid-19” və meymunçiçəyi viruslarına yoluxanların sayında artım olub

18/08/2022 15:28

100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

18/08/2022 15:23

Corc Qafarov: “Məndən əl çəkin!”

Corc Qafarov: “Məndən əl çəkin!”

18/08/2022 15:12

Bakıda anbar yanır

Bakıda anbar yanır

18/08/2022 14:54

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ

FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ

18/08/2022 14:29

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

“Beşiktaş”dan gözlənilən transfer – İstanbula gəlir (FOTO)

18/08/2022 14:27

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

Elnarə makiyajsız fotosu ilə gündəmə gəldi – FOTO

18/08/2022 14:23

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

Dieqo Simeonenin oğlu “Napoli”yə keçib – FOTO

18/08/2022 14:13

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.