Ümumilikdə Afrikanın müəyyən bölgələrində görülən və ağrılı əlamətləri ilə elm dünyasında narahatlığa səbəb olan meymun çiçəyi xəstəliyi sürətlə yayılmağa davam edir.
Medianews.az xəbər verir ki, Türkiyə, İspaniya, Portuqaliya, İngiltərə , ABŞ kimi onlarla ölkədə görülən meymun çiçəyi xəstəliyindən əziyyət çəkən xəstələr yaşadıqları ağrı və çətinlikləri yerli mediaya çatdırmağa və sosial mediada insanları maarifləndirməyə davam edirlər. Endemik olmayan ölkələrdə minlərlə insanda meymun çiçəyi aşkar edilərkən, ABŞ-ın Hyuston şəhərində yaşayan bir kişi xəstəliyin fonunu və yaşadıqlarını bütün aydınlığı ilə izah edib. Belə ki, ABŞ-dan Uesli Uolles Amerika mediasına xəstəliyin eybəcər üzünü danışıb.
“Bu virus çox çirkindir. Heç kim bu xəstəliyə yoluxmaq istəməz.
Çox ağrıyıram. Üzümdə çapıq olduğu üçün ona toxuna bilmirəm. Yatanda başımı yastığa qoya bilmirəm, çünki ağrıyır. Hətta açıq havada külək də məni incidir”,-deyə o, bildirib.
Uolles xəstəliyin getdikcə ağırlaşdığını, üzünün müxtəlif nahiyələrində 8 yaranın əmələ gəldiyini, ağzında yara olduğunu bildirib: “Ağzımda yara var. Hər qurtumda və hər dişləmədə ağrıyır. Amma daha pisi odur ki, bu xəstəlik bütün bədənimə yayılır”.
Bu xəstəliyə iyulun 4-də yoluxduğunu iddia edən Wallace, “İndi bütün bədənimdə sızanaqlara bənzər strukturlar görünür. Əlimdə və qolumda da var”.
Qeyd edək ki, infeksiyadan sonra özünü karantinə alan Uolles 1 aylıq gözləmə müddətindən sonra çölə çıxacağını bildirib.
Leyla, Medianews.az