47-AA-105 dövlət nömrə nişanlı, KİA markalı avtomobilin sahibi bildirir ki, eyni nömrəli İran İslam Respublikasına məxsus TIR-ın cərimələri ona gəlir.
Medianews.az “Avtosifer.az”a istinadən xəbər verir ki, şikayət videosu yayımlayan vətəndaş aidiyyəti qurumlardan kömək istəyib.
Vətəndaş deyir ki, bu hadisə dəfələrlə təkrarlanıb və hər dəfə də şikayət edərək cəriməni ləğv elətdirib.
“Bunun bir həll yolu olmalıdır. İranlı sürücü nə vaxt ölkəyə gəlsə və qayda pozsa, onun cərimələri bizə gəlir. Əlavə vaxt itiriririk. Xahiş edirəm, bu məsələyə birdəfəlik bir çarə tapılsın”, – deyə vətəndaş qeyd edir.
Videonu təqdim edirik: