Avropa başda olmaqla dünyanın bir çox yerində təsirini davam etdirən meymun çiçəyi virusu Fransada da yayılmaqdadır.
Medianews.az xəbər verir ki, Fransa Səhiyyə Naziri Fransua Braun açıqlamasında ölkədə təxminən 1700 adamda meymun çiçəyi virusunun aşkar edildiyini bildirib.
Meymun çiçəyinə yoluxmuş xəstələrin profillərinə toxunan Braun, “xəstələrin profili əsasən başqa kişilərlə cinsi əlaqədə olan kişilərdir, lakin onlar xəstənin qabarcıqları ilə təmasda da yoluxa bilərlər” deyə bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 23-də 75 ölkədə 16 mindən çox insanı yoluxduran virusa görə Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) elan edib.
Leyla, Medianews.az