ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Çinin suverenliyini iddia etdiyi Tayvana səfər edəcəyi iddiası iki ölkə arasında gərginliyi daha da artırıb.
Medianews.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü polkovnik Tan Kıfey, Nensi Pelosinin Tayvanı ziyarət edəcəyi halda Çin ordusunun boş dayanmayacağını və reaksiya verə biləcəyini iddia edib.
Tan Kıfey mümkün səfərin Çin-ABŞ diplomatik əlaqələrinin əsasını təşkil edən prinsipi və birgə bəyannamənin müddəalarını ciddi şəkildə pozacağını qeyd edib. O, eyni zamanda iki ölkə və iki ordu arasındakı münasibətlərə xələl gələcəyini vurğulayıb.
Çinin xəbərdarlığının ardından Ağ Ev təhlükəsizlik rəsmilərinin mümkün risklər səbəbiylə bu səfərə qarşı olduqları açıqlanıb. ABŞ rəmiləri eyni zamanda Çin döyüş təyyarələrinin Pelosinin təyyarəsinə müdaxilə edərək, sözügedən adaya enməsinə mane olmağa çalışacaqlarından narahat olduqlarını qeyd ediblər.
Medianews.az