Cümə, 19 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Blinken Əliyev və Paşinyanla telefon söhbəti: Vaşinqton nəyə nail olmaq istəyir?

LEYLA
26/07/2022 14:50
139
BAXIŞ
FacebookTwitterTelegram

“Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngi edib. Düzdür, Entoni Blinken bu il ərzində bənzər şəkildə bir neçə dəfə zəng edib, lakin onun bir gündə iki dövlət başçısına zəng etməsi diqqət çəkir.

Aydın məsələdir ki, 44 günlük müharibə sonrası rəsmi Vaşinqtonun Cənubi Qafqaza daha dəqiq desək, Azərbaycan və Ermənistana diqqəti xeyli dərəcədə artıb. Bu marağın artmasında davam edən Rusiya-Ukrayna müharibəsinin də payı az deyil”.

Bu sözləri siyasi şərhçi Turan Rzayev Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ-ın indiki məqamda həm Ermənistan, həm də Azərbaycana dair fərqli maraqlarının olduğu Blinkenin İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində toxunduğu məqamlardan hiss olunur.

“Misal üçün Ermənistan tərəfi Blinkenin Paşinyanla telefon danışığı zamanı əsasən Ermənistan-Azərbaycan və Ermənistan -Türkiyə münasibətlərini müzakirə etdiyini açıqlayıb.

Blinken Əliyevlə telefon danışığı zamanı isə əsasən bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti və ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyi göstərməyə hazır olması kimi məsələlər müzakirə edilib.

Yəni ABŞ indiki məqamda Ermənistanla təmasları əsasən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində Azərbaycan ilə isə Avropanın enerji təminatı kontekstində formalaşdırır”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ hazırda çalışır ki, Ermənistan Kremlin orbitindən xilas olub Qərbə inteqrasiya etsin. Bunun üçünsə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ən önəmli şərtdir.

“Prinsip etibarilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi İrəvan razıdır. Türkiyəyə gəldikdə isə rəsmi Ankara topu dolayı yolla Bakının üzərinə atır. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında bu məsələ ilə bağlı qeyd etdi ki, “Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim “qırmızı xətt”imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətli deyib”.

Göründüyü kimi, rəsmi Ankara bu məsələdə ənənəvi olaraq Azərbaycan maraqlarından çıxış edir. Bununla belə Ərdoğanın “Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağıq” deməsi sərhədlərin açılmasında Ankara da maraqlı olmasında xəbər verir.

Blinken-Əliyev telefon danışığında iki məqam diqqət çəkir:

Birincisi, ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edildi. Hesab edirəm rəsmi Vaşinqton bu məsələdə dəstəyi sadəcə iki ölkə münasibətlərinin normallaşması kontekstindədir. ABŞ üçün iki ölkə arasında gərginliyin bitməsi münasibətlərin normallaşması vacibdir. Bunun xaricindəki məsələlər misal üçün Zəngəzur dəhlizinin açılması Vaşinqtonun maraq dairəsində deyil. ABŞ bu məsələyə ”nəqliyyat bağlantılarının və kommunikasiyaların açılması” kimi yanaşaraq imitasiya edir. Yəni o nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasını istəyir, lakin bunun bir dəhliz halında olmasını istəmir.

İkincisi, söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti qeyd olundu. Aydındır ki, ABŞ və Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir. Bu istiqamətdə alternativ ölkələr ilə təmaslar intensivləşib. Azərbaycan da həmin alternativ ölkələr sırasındadır. Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da mahiyyət etibarilə buna xidmət edəcək.

Rəsmi Vaşinqton, hətta mövcud boru kəmərlərinin həcmini artırmaq, yeni layihələrin ərsəyə gəlməsi üçün investisiya maliyyə dəstəyi də təmin edə bilər”.

Leyla, Medianews.az 

DAHA ÇOX OXU

Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərti açıqlayıb
Dünya

Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərti açıqlayıb

18/08/2022 22:11
Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR
1-MANŞET

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00
Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib
1-MANŞET

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35
Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO
1-MANŞET

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12
Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub
export

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10
“Hər şey göz önündədir” – Paşinyan
Dünya

“Hər şey göz önündədir” – Paşinyan

18/08/2022 18:00
SON XƏBƏR
Avropanın Putinə mesajı budur – Berlin

Avropanın Putinə mesajı budur - Berlin

Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi

Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi

15 yaşında İŞİD gəlini olan gənc qızdan ŞOK SÖZLƏR: Məni uşaqlara nümunə göstərin – FOTO/VİDEO

15 yaşında İŞİD gəlini olan gənc qızdan ŞOK SÖZLƏR: Məni uşaqlara nümunə göstərin - FOTO/VİDEO

Xəbər lenti

Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərti açıqlayıb

Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərti açıqlayıb

18/08/2022 22:11

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

Türkiyə ilə Ukrayna arasında bu MÜQAVİLƏ imzalanıb – YENİ DETALLAR

18/08/2022 20:00

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

18/08/2022 19:35

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş keçirildi – VİDEO

18/08/2022 19:12

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub

18/08/2022 19:10

Bir cənub şəhərində tutulan polkovnik

Bir cənub şəhərində tutulan polkovnik

18/08/2022 18:43

“Hər şey göz önündədir” – Paşinyan

“Hər şey göz önündədir” – Paşinyan

18/08/2022 18:00

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

Bakıda kanalizasiya quyusu daşdı – ŞİKAYƏT

18/08/2022 17:59

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

İqtisadiyyat Nazirliyində yeni təyinat olub

18/08/2022 17:50

“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

18/08/2022 17:42

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb – FOTO

18/08/2022 17:24

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

Rusiya XİN: “Ermənistandan cavab gözləyirik”

18/08/2022 17:23

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18/08/2022 17:11

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 17:01

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

18/08/2022 16:52

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

Emin Əmrullayev Prezidentə təşəkkür ETDİ

18/08/2022 16:34

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

“Bəstəkarlar İttifaqının gücü sıfıra yaxındır” – Cavanşir Quliyevlə müsahibə

18/08/2022 16:33

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək – Fərman

18/08/2022 16:33

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır

18/08/2022 16:30

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

Bütün gözlər Ukraynada – İki lider hansı məsələləri danışacaq? – VİDEO

18/08/2022 16:18

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

Açıq saçıq fotoları ilə hər zaman gündəm olan baş nazirin YENİ GÖRÜNTÜLƏRİ qalmaqala səbəb oldu

18/08/2022 16:06

Təhsil işçilərinin maaşına əlavələr edildi

Təhsil işçilərinin maaşına əlavələr edildi

18/08/2022 16:00

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

Tədris ilində tıxacdan necə qurtulmaq olar?

18/08/2022 15:47

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı- Rəsmi açıqlama

18/08/2022 15:29

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.