Almaniyada Sosial Demokrat Partiya (SPD), Azad Demokrat Partiya (FDP) və Yaşıllardan ibarət koalisiya hökumətinin, bu ilin sonuna qədər bağlanması gözlənilən son 3 atom elektrik stansiyasında istehsalın davam etdirilməsinin tərəfdarı olduğuna dair siqnallar gəlir.
Medianews.az xəbər verir ki, Atom elektrik stansiyalarında istehsal müddətinin uzadılmasının əleyhinə olan Yaşılların son zamanlar Enerji Böhranı müzakirələri səbəbiylə rəftarlarını dəyişdiyi ortaya çıxıb. Yaşılların Avropa Birliyinin (AB) enerji böhranı zamanı nüvə stansiyalarında istehsalın davam etdirilməsi ilə bağlı qərarını da alqışladığı bildirilib.
Federal Xarici İşlər Naziri Annalena Baerbokdan sonra Yaşılların üzvü, Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin müşaviri Franziska Brantner də nümayişə töhfə vermək üçün federal hökumətin bu mövzuda yeni bir qiymətləndirmə etdiyini açıqlayıb. Xüsusilə Fransada nüvə stansiyalarının istehsalında ciddi problemlərin olduğunu qeyd edən Brantner, “biz də tərəfdaşlarımızla həmrəy olduğumuzu göstərməliyik” deyib.
Leyla, Medianews.az