Türkiyə ilə Yunanıstan arasında son zamanlar qarşılıqlı açıqlamalarla gərginlik artarkən, Yunanıstan prezidenti Katerina Sakellaropoulou da Yunan mətbuatına verdiyi müsahibədə Türkiyəni hədəf alıb.
Medianews.az xəbər verir ki, Cümhuriyyətin yenidən qurulmasının 48-ci ildönümü münasibətilə təşkil edilən ziyafətdə çıxış edən Katerina Sakellaropoulou ilk olaraq Kipr probleminə toxunaraq, “Kipr probleminin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və Avropa mübadilələri əsasında həlli bizim mütləq prioritetdir”,- deyə bildirib.
Sakellaropulou Türkiyəni Egey və Aralıq dənizində “aqressiv davranmaqda” ittiham edib.
Prezident Rusiyanın Ukraynaya təcavüzünə toxunaraq, məsələni Kiprlə də əlaqələndirməyə çalışıb: “Qırx səkkiz il sonra, beynəlxalq və humanitar hüququn növbəti vəhşicəsinə pozulması, Rusiyanın Ukraynaya təcavüzü, günlərin və düşüncələrin ağlını başından alır”,-deyə Yunanıstan prezidenti bildirib.
Leyla, Medianews.az