Cümə, 12 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Səhiyyə Nazirliyindən vətəndaşlara koronavirusla bağlı xəbərdarlıq

TURAN
25/07/2022 14:18
94
BAXIŞ
FacebookTwitterTelegram

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev koronavirusla bağlı son vəziyyəti müzakirə edib.

Medianews.az müsahibəni sizə təqdim edir:

– Qəhrəman müəllim, hazırda dünya ölkələrində COVID-19 infeksiyası ilə bağlı ümumi vəziyyət necədir?

– Ölkəmizdə peyvəndləmə yüksək səviyyədə olduğundan Azərbaycanda epidemioloji sabit vəziyyət qalmaqdadır ki, bu da tam olaraq müvafiq səhiyyə orqanlarının nəzarətindədir. Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir.
Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Son iki həftə ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, dünyanın 110 ölkəsində yeni koronavirusa yoluxma hallarının sayının artdığı qeyd edilir.

– Yoluxma hallarının artmasına səbəb nədir?

– Mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar. Omikron indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, delta ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalmağa başladı.

– Ölkəmizdə də yoluxma hallarında müəyyən artım müşahidə olunur. Vətəndaşlara nəyi tövsiyə edərdiniz?

– Təəssüf ki, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib.

Əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır. Amma unutmamalıyıq ki, xəstəliyin hətta yüngül halı belə, post-COVID sindromuna, 6 ay və daha çox davam edə bilən “uzunmüddətli kovid” adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb. Belə ki, əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVID infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir.

Vətəndaşlarımıza tövsiyə etmək istərdim ki, diqqətli olsunlar. Unutmayaq, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir. Bu sadə tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qoruya bilərik.

DAHA ÇOX OXU

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
1-MANŞET

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

11/08/2022 20:56
Müdafiə Nazirliyi polkovnikə cavab verib: “Özünün şəxsi ambisiyalarını düşünür”
1-MANŞET

Müdafiə Nazirliyi polkovnikə cavab verib: “Özünün şəxsi ambisiyalarını düşünür”

11/08/2022 20:37
Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayır
Cəmiyyət

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin SİYAHISI

11/08/2022 20:19
Xocavənddə Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb
Cəmiyyət

Xocavənddə Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb

11/08/2022 20:15
Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları AÇIQLANDI
Cəmiyyət

Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları AÇIQLANDI

11/08/2022 18:59
AzTV-nin operatoru vəfat edib
export

AzTV-nin operatoru vəfat edib

11/08/2022 18:26
SON XƏBƏR
Vilyam Hacıyevin 6 milyon manatlıq əmlakı müsadirə edilib – SİYAHI

Vilyam Hacıyevin 6 milyon manatlıq əmlakı müsadirə edilib - SİYAHI

Bill Qeyts-dən soruşun görün məni tanıyırmı? – Hülya Avşar

Bill Qeyts-dən soruşun görün məni tanıyırmı? - Hülya Avşar

Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib

Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib

Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

11/08/2022 20:56

Müdafiə Nazirliyi polkovnikə cavab verib: “Özünün şəxsi ambisiyalarını düşünür”

Müdafiə Nazirliyi polkovnikə cavab verib: “Özünün şəxsi ambisiyalarını düşünür”

11/08/2022 20:37

Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayır

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin SİYAHISI

11/08/2022 20:19

Xocavənddə Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb

Xocavənddə Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb

11/08/2022 20:15

ABŞ-dan Avropa Birliyinə xəbərdarlıq: Ağ Ev Rusiyadan qorxanların cəzalanacağına eyham vurur

ABŞ-dan Avropa Birliyinə xəbərdarlıq: Ağ Ev Rusiyadan qorxanların cəzalanacağına eyham vurur

11/08/2022 20:11

Rusiya XİN Paşinyana cavab verdi: Laçın dəhlizi ətrafındakı məsələ…

Rusiya XİN Paşinyana cavab verdi: Laçın dəhlizi ətrafındakı məsələ…

11/08/2022 19:15

Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları AÇIQLANDI

Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları AÇIQLANDI

11/08/2022 18:59

Tayvan: “Çin bizi işğal etməyə hazırlaşır”

Tayvan: “Çin bizi işğal etməyə hazırlaşır”

11/08/2022 18:41

AzTV-nin operatoru vəfat edib

AzTV-nin operatoru vəfat edib

11/08/2022 18:26

“Fənərbağça”dan sürpriz hücumçu – Danışıqlar aparılır (FOTO)

“Fənərbağça”dan sürpriz hücumçu – Danışıqlar aparılır (FOTO)

11/08/2022 17:40

Müdafiə Nazirliyi Buzduxdan ilk videonu paylaşdı

Müdafiə Nazirliyi Buzduxdan ilk videonu paylaşdı

11/08/2022 17:37

Elşən Xəzərdən “İran agenti” ittihamlarına CAVAB

Elşən Xəzərdən “İran agenti” ittihamlarına CAVAB

11/08/2022 17:14

Azərbaycanda kreditlərlə bağlı QAYDALAR DƏYİŞDİ

Azərbaycanda kreditlərlə bağlı QAYDALAR DƏYİŞDİ

11/08/2022 17:01

“Saakaşvili ölüm ayağındadır”

“Saakaşvili ölüm ayağındadır”

11/08/2022 16:45

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

11/08/2022 16:36

“Ermənistan cəmiyyətinin yanlış qərarları onlara baha başa gələcək” – Deputat

“Ermənistan cəmiyyətinin yanlış qərarları onlara baha başa gələcək” – Deputat

11/08/2022 16:35

Türkiyədə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verilməyə başlandı

Türkiyədə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verilməyə başlandı

11/08/2022 16:32

Bakıda itkin düşən qadının sevgilisi həbs edildi

Bakıda itkin düşən qadının sevgilisi həbs edildi

11/08/2022 16:29

Xankəndidə erməniləri qəzəbləndirən bildiriş: “Azərbaycana xoş gəlmisiniz!”

Xankəndidə erməniləri qəzəbləndirən bildiriş: “Azərbaycana xoş gəlmisiniz!”

11/08/2022 16:25

Paytaxt məktəbinin şagirdi beynəlxalq müsabiqədə I dərəcəli “laureat” adına layiq görülüb

Paytaxt məktəbinin şagirdi beynəlxalq müsabiqədə I dərəcəli “laureat” adına layiq görülüb

11/08/2022 16:20

Hava ilə bağlı XƏBƏRDARLIQ – Bu tarixədək…

Hava ilə bağlı XƏBƏRDARLIQ – Bu tarixədək…

11/08/2022 15:41

Korrupsiya qalmaqalı: Bu xəstəxanada araşdırma aparılır

Korrupsiya qalmaqalı: Bu xəstəxanada araşdırma aparılır

11/08/2022 15:38

Bakıda yanğın başlayıb – VİDEO

Bakıda yanğın başlayıb – VİDEO

11/08/2022 15:33

Ukraynanın növbəti prezidenti o ola bilər

Ukraynanın növbəti prezidenti o ola bilər

11/08/2022 15:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.