Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
– Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.