Neftçala rayonunda heyvana qarşı işgəncə faktı qeydə alınıb.
Medianews.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Hadisəni törədən Cəsarət Bayramov adlı şəxs tülküyə işgəncə verməsini onun qarpızlarını yeməsi ilə əlaqələndirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlandığını açıqlayıb: “Fakt nəzarətə götürülüb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.