Türkiyənin tanınmış sənətçisi Hülya Avşar ötən gün konsert üçün gəldiyi Bodrum Yalıkavak Marinasında iti “Güllü” ilə görüntülənib.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranda nahar edən Avşar jurnalistlərin müsahibə istəyinə zarafatla cavab verib.
Sənətçi jurnalistə “Bu gün səndən müsahibə alacam”- deyərək ona suallar ünvanlayıb:
“De görüm necə gedir, Bodrum. Kim gəlib gedir?”.
Jurnalistlər “Bill Qeytsin qayığı buradadır” deyincə Avşar “Bill Qeytsdən soruş gör, məni tanıyırmı?”- deyərək cavab verib.
Medianews.az