Məşhur kriptovalyuta birjası birja brokeri olan Cihan Sütşurupun qızı tərəfindən aldadıldığını iddia edərək şikayətçi olub.
Medianews.az xəbər verir ki, Simge Sütşurupun üçüncü şəxslər vasitəsilə 13 milyon lirəni yuyaraq dələduzluq etdiyini iddia edilib.
“Sabah” qəzetində yer alan xəbərə görə, ötən ilin dekabr ayında 12 milyon 735 min 500 lirə sərmayə ilə biri 0,326 lirə olan 39 min 140 ədəd altkoin alan Sütşurup fevralın 8-də pulunun yarısını geri çəkib. Bu köçürmədən sonra pul üçüncü şəxslərin hesablarına köçürülüb.
Terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması çərçivəsində Simge Sütşurup tərəfindən istifadə edildiyi müəyyən edilən istifadəçinin hesabı əvvəlcədən dayandırılıb.
Bu vəziyyəti öyrənən Sütşurup notarius vasitəsilə məşhur şirkətə xəbərdarlıq edib. Xəbərdarlıqda Sütşurup, şübhəli əməliyyat səbəbilə müsadirə edilən kripto hesabında 1 milyon 400 min lirə zərər gördüyünü, şirkət tərəfindən bloklandığı üçün pulunu geri ala bilmədiyini bildirib. Şirkət tərəfindən aldadıldığını iddia edən Sütşurup zərərinin ona ödənilməsini tələb edib.
Xəbərdarlıqdan sonra şirkət birjada yüksək məbləğdə mənfəət əldə edərək kripto pul hesabı üzərindən dələduzluğa məruz qaldıqlarını bildirərək prokurorluğa müraciət edib.
Şirkətin prokurorluğa təqdim etdiyi ərizəyə əsasən, məhkəmə Simge Sütşurupun böyük bacısı və atasının yuxarıda qeyd olunan birja əməliyyatlarına görə onları 6 ay müddətinə birjadan uzaqlaşdırılıb.
Müraciətdə şirkət bu pulun dələduzluq məqsədilə istifadə edildiyini iddia edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az