Komediya aktyoru Cem Yılmaz “Erşan Kuneri” filminin çəkilişləri bitdikdən sonra Bodrumda tətilinə davam edib.
Medianews.az xəbər verir ki, komediya ustası ötən gecə yol qəzası keçirib.
Belə ki, Cem Yılmazın idarə etdiyi “Mercedes” markalı avtomobili taksi ilə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi zədələnsə də, Cem Yılmaz və taksi sürücüsü xəsarət almayıb.
Məşhur aktyorunn yayın sonuna qədər Bodrumda qalacağı bildirilir. İllərdir tətilini məhz buradakı bağ evində keçirən aktyorun yeni serial üzərində çalışmağa başladığı iddia edilir.
Cem Yılmazın sözügedən lüks avtomobili təmir olunması üçün servisə göndərilib.
Medianews.az