Ukrayna Prezidenti Vladimir Zelenski telefon danışığı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayevə ölkəsinin ərazi bütövlüyünə göstərdiyi dəstəyə və qondarma “LXR” və “DXR”-i tanımamasına görə təşəkkür edib.
Bu barədə Ukrayna dövlət başçısı “Twitter“ hesabında bildirib.
O, qazaxıstanlı həmkarı ilə iqtisadiyyat, enerji, rəqəmsallaşma sahəsində əməkdaşlıq layihələrini müzakirə etdiyini də vurğulayıb.