Ukraynaya hücum edərək bütün dünyanı qarşısına alan Vladimir Putin Rusiyaya qarşı siyasət aparan ölkələr üçün siyahı tərtib edib.
Medianews.az xəbər verir ki, “düşmən ölkələr” siyahısına Danimarka, Yunanıstan, Sloveniya, Xorvatiya və Slovakiya daxildir.
Beləliklə Rusiya hökuməti Rusiyaya qarşı siyasət aparan ölkələrə qarşı “düşmən ölkələr” siyahısını genişləndirib.
Mövzu ilə bağlı verilən açıqlamada, “Hökumət Rusiyanın xaricdəki konsulluq və diplomatik nümayəndəliklərinə qarşı dost olmayan hərəkətlər edən xarici dövlətlərin siyahısını yenilədi. Siyahıya Yunanıstan, Sloveniya, Slovakiya, Xorvatiya və Danimarka da əlavə edildi”, -deyə bildirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin aprelində “düşmən ölkələr” haqqında fərman imzalayıb. ABŞ və Çexiya ilk dəfə ötən ilin mayında Rusiyanın yaratdığı “düşmən ölkələr” siyahısına daxil edilib.
Medianews.az