Cümə, 29 Mart 2024

Əməkdar artistdən ETİRAF: “O pullara şəhərdə bir neçə ev alardım” – VİDEO

“ATV” kanalında yayımlanan “Günün sədası” verilişində Əməkdar artist Lalə Məmmədovanın həyat və yaradıcılığından bəhs edən material nümayiş olunub. 

Medianews.az xəbər verir ki, həmin görüntüləri izləyən sənətçi studiyada kövrək anlar yaşayıb. Daha sonra Məmmədova sənətdə gördüyü işlərdən danışıb. İfaçı qazancını sadəcə sənətinə xərclədiyini bildirib:

“Mən xanəndə deyiləm, amma bəzi tamaşalarda muğam ifa etmişəm. Aktrisa deyiləm, amma bunun da təhsilini almışam. Yaradacılığım bir ağacdır. Yarpaq kimi aça-aça gedirəm. Hər kəs zirvəyə can atır. Nə gözəl ki, bu illərim boşa getməyib.

Elə mahnılarım var ki, deyirəm bunu başqa müğənni də ifa edə bilərdi, nə əcəb mənə veriblər?

Ən zəif yerim musiqi olub. Qazandığımı götürüb villa tikməmişəm. Şəhərdə bir neçə evim, bahalı maşınım da yoxdur. Mənim studiyalarda qoyduğum pullara studiyalarda qoyduğum pullara şəhərdə bir neçə ev alardım”.

Ətraflı videoda:

DAHA ÇOX OXU

Xəbər lenti