Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Medianews.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,46 ABŞ dolları və ya 1,2% azalaraq 115,42 dollar təşkil edib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 103,2 ABŞ dollardan satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.