Cümə axşamı, 11 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Ümummilli qəzetlərə ehtiyacımız var”- Qulu Məhərrəmli

XƏYALƏ
22/07/2022 14:33
16
BAXIŞ
FacebookTwitterTelegram
 
  “Azərbaycan mətbuatının bugünkü durumunda əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş nəzərə çarpır”. Bu sözləri “Şərq”ə açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış media eksperti Qulu Məhərrəmli deyib. Milli Mətbuat Gününün 147-ci ildönümündə medianın indiki durumunu dəyərləndirən professor bildirib ki, əsas irəliləyiş mətbuatın tənzimlənməsi ilə bağlıdır: “Mətbuat xaotik vəziyyətdən aydın mənzərəyə doğru keçid etməkdədir. Amma bu, hələ keyfiyyət dəyişikliyi deyil.
 Keyfiyyət dəyişimi o zaman baş verəcək ki, media cəmiyyəti onun ehtiyaclarına uyğun şəkildə və doğru-dürüst məlumatlandırsın. Auditoriya üçün gərəkli olan informasiyaları operativ şəkildə çatdırsın. Nəzərə alsaq ki, indiki şəraitdə peşəkar medianın həm də sosial şəbəkələr kimi heç bir qayda-qanun tanımayan alternativi, rəqibi meydana çıxıb, onda medianın vəziyyətini tam aydın təsəvvür edə bilərik. “Media haqqında” qanun qəbul olundu. Qanunda müəyyən problemlər var və bu barədə çıxışlarımız olub. Amma bununla yanaşı, münasibətləri tənzimləmək baxımından səmərəli məqamlar çoxdur. Arzu edərdik ki, Venesiya Komissiyasının iradları da nəzərə alınsın. Bu, ancaq mətbuatımızın xeyrinə olar. O zaman medianın tənzimlənməsinin hüquqi əsasları kimi qanuna ciddi şəkildə istinad edə bilərik”.
 
  Q.Məhərrəmli bildirib ki, media ümumi anlayışdır: 
“Çap mətbuatını, onlayn medianı, televiziya və radio istiqamətini ayrılıqda təhlil edə bilərik. Amma gəldiyimiz ümumi qənaət ondan ibarətdir ki, onlayn media daha üstün imkanlara malikdir. Bəzi televiziyalarımızda da irəliləyiş nəzərə çarpır. Həm estetik dizayn, həm ictimai müzakirələrin təşkil olunması baxımından müsbət nüanslar var. İnternet məkanında yutub kanallarının sürətli yüksəlişini görürük və bunu heç cür danmaq olmaz. Hətta bir çox hallarda yutub kanalları peşəkar televiziyalarla ciddi şəkildə rəqabət apara bilir. Ümumi mənzərə bundan ibarətdir. Amma medianın əsas klassik funksiyaları var ki, bunlar cəmiyyəti məlumatlandırmaqla, maarifləndirməklə, həmçinin, ictimai nəzarət funksiyasını yerinə yetirməklə bağlıdır. Bütün bunlarla bağlı müəyyən müsbət məqamlarla yanaşı, nöqsanlar da var. Əsas məqsədimiz medianı cəmiyyətdə sözün həqiqi mənasında öz yerində, öz ictimai missiyasında görməkdən ibarətdir”.
 
  Ekspert diqqətə çatdırıb ki, televiziyalarla bağlı müəyyən problemlər var:
 “Son dövrlər bu məsələ ətrafında diskusiyalar aparılır. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Şou proqramlarında baş verən özbaşınalıqlar, aparıcı məsuliyyətsizliyi diqqətdən yayınır. Media dedikdə, xüsusən, Milli Mətbuat Günündə əsasən yazılı mətbuatı nəzərdə tuturuq. Ümummilli qəzetlərə ehtiyacımız var. Mətbuatın yüksək şəkildə tərəqqisinə nail olmaq üçün Azərbaycanda azad medianın inkişafına daha çox şərait yaratmalıyıq. Bütün dünyanın təcrübəsi onu göstərir ki, mətbuat müstəqil olarsa, cəmiyyətə daha çox fayda verə bilər. Hansısa siyasi partiya mənsubu olan, biznes qurumundan asılı olan, yaxud hansısa dairəyə bağlı fəaliyyət göstərən mətbuat cəmiyyətə arzulanan faydanı verə bilməz. Ona görə də media sahəsində əsas işimiz müstəqil mətbuatı inkişaf etdirməkdir. Nə yaxşı ki, Medianın İnkişafı Agentliyi yarananda, nizamnaməsi qəbul olunanda orada aparıcı tendensiyalardan biri kimi məhz söz və mətbuat azadlığı kontekstində azad medianın inkişafı nəzərdə tutulub. Bayram günü olduğuna görə problemlərdən çox danışa bilmirik. Amma arzulayardıq ki, mediada peşəkarlıqla, jurnalist əxlaqı, peşə etikasının gözlənilməsi və cəmiyyət qarşısında məsuliyyətin dərk olunması ilə bağlı mövcud olan bir sıra nöqsanlar tezliklə aradan qalxsın. O zaman yaxşı və keyfiyyətli media haqqında danışa bilərik”.

DAHA ÇOX OXU

İpoteka şərtləri ilə bağlı BƏD XƏBƏR – Bundan sonra…
1-MANŞET

İpoteka şərtləri ilə bağlı BƏD XƏBƏR – Bundan sonra…

11/08/2022 14:29
“Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur”
1-MANŞET

“Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur”

11/08/2022 14:19
İşğaldan azad olunan ərazilərimizdə hansı sahələri inkişaf etdirmək olar?- İqtisadçı-ekspert
1-MANŞET

İşğaldan azad olunan ərazilərimizdə hansı sahələri inkişaf etdirmək olar?- İqtisadçı-ekspert

11/08/2022 14:14
Erməni ictimai xadim: “Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır”
1-MANŞET

Erməni ictimai xadim: “Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır”

11/08/2022 14:00
Yeni icra başçısı Orxan Mürsəlov kimdir? – FOTO
1-MANŞET

Yeni icra başçısı Orxan Mürsəlov kimdir? – FOTO

11/08/2022 13:26
Azərbaycanda yenidən qapanmalar olacaq? – AÇIQLAMA
1-MANŞET

Azərbaycanda yenidən qapanmalar olacaq? – AÇIQLAMA

11/08/2022 13:13
SON XƏBƏR
Hovuzda dəhşəti hadisə: yer yarıldı, iki nəfər çuxura düşdü – ANBAAN VİDEO

Hovuzda dəhşəti hadisə: yer yarıldı, iki nəfər çuxura düşdü - ANBAAN VİDEO

Qızmar isti daha bir ölkəni vurdu

Qızmar isti daha bir ölkəni vurdu

Korrupsiya əməliyyatı: 23 nəfər cinayət başında yaxalandı

Korrupsiya əməliyyatı: 23 nəfər cinayət başında yaxalandı

Xəbər lenti

İpoteka şərtləri ilə bağlı BƏD XƏBƏR – Bundan sonra…

İpoteka şərtləri ilə bağlı BƏD XƏBƏR – Bundan sonra…

11/08/2022 14:29

“Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur”

“Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur”

11/08/2022 14:19

Qusarda “Prius” qəzaya düşdü: Ərəb turistlər yaralandı – VİDEO

Qusarda “Prius” qəzaya düşdü: Ərəb turistlər yaralandı – VİDEO

11/08/2022 14:16

İşğaldan azad olunan ərazilərimizdə hansı sahələri inkişaf etdirmək olar?- İqtisadçı-ekspert

İşğaldan azad olunan ərazilərimizdə hansı sahələri inkişaf etdirmək olar?- İqtisadçı-ekspert

11/08/2022 14:14

51 yaşlı Nərgiz Zakirovanın dördüncü övladı olacaq – FOTO

51 yaşlı Nərgiz Zakirovanın dördüncü övladı olacaq – FOTO

11/08/2022 14:07

Erməni ictimai xadim: “Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır”

Erməni ictimai xadim: “Azərbaycanlıların Ermənistana qayıtması reallıqdır”

11/08/2022 14:00

Azərbaycanlı müğənninin bahalı BALİ İSTİRAHƏTİNDƏN GÖRÜNTÜLƏR – VİDEO

Azərbaycanlı müğənninin bahalı BALİ İSTİRAHƏTİNDƏN GÖRÜNTÜLƏR – VİDEO

11/08/2022 13:53

Yeni icra başçısı Orxan Mürsəlov kimdir? – FOTO

Yeni icra başçısı Orxan Mürsəlov kimdir? – FOTO

11/08/2022 13:26

Azərbaycanda yenidən qapanmalar olacaq? – AÇIQLAMA

Azərbaycanda yenidən qapanmalar olacaq? – AÇIQLAMA

11/08/2022 13:13

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu – VİDEO

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu – VİDEO

11/08/2022 13:11

“Konyada güclü rəqabət gedir” – Raqif Abbasov

“Konyada güclü rəqabət gedir” – Raqif Abbasov

11/08/2022 13:05

Латвия признала Россию как страну, спонсирующую терроризм

Latviya Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb

11/08/2022 13:04

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

11/08/2022 12:58

Antalyada hotelin ərazisində güclü yanğın – VİDEO

Antalyada hotelin ərazisində güclü yanğın – VİDEO

11/08/2022 12:56

Xərçəngə tutulan Zeynəb Həsənidən yeni paylaşım – FOTO

Xərçəngə tutulan Zeynəb Həsənidən yeni paylaşım – FOTO

11/08/2022 12:53

İpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir – VİDEO

İpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir – VİDEO

11/08/2022 12:44

Nazpəri Dostəliyeva: “20 ildir ki, bir-birimizi görəndə “sevgilim” deyə müraciət edirik” – VİDEO

Nazpəri Dostəliyeva: “20 ildir ki, bir-birimizi görəndə “sevgilim” deyə müraciət edirik” – VİDEO

11/08/2022 12:41

Bakıda YPX əməkdaşları ilə sürücü arasında insident – ANBAAN VİDEO

Bakıda YPX əməkdaşları ilə sürücü arasında insident – ANBAAN VİDEO

11/08/2022 12:39

Roza Zərgərli: “Vüsalədə şirinlik yoxdur, Nanənin isə verilişinə baxmıram” – VİDEO

Roza Zərgərli: “Vüsalədə şirinlik yoxdur, Nanənin isə verilişinə baxmıram” – VİDEO

11/08/2022 12:37

Azərbaycanda bir gündə 3 nəfər özünü öldürdü

Azərbaycanda bir gündə 3 nəfər özünü öldürdü

11/08/2022 12:35

Masazırda qızı zorla “Porsche” ilə qaçırmaq istədi – Polis araşdırır

Masazırda qızı zorla “Porsche” ilə qaçırmaq istədi – Polis araşdırır

11/08/2022 12:32

Sabah 40° isti olacaq

Sabah 40° isti olacaq

11/08/2022 12:30

İran prezidentindən Paşinyana Zəngəzur təskinliyi – Bir zəngin TƏFƏRRÜATLARI

İran prezidentindən Paşinyana Zəngəzur təskinliyi – Bir zəngin TƏFƏRRÜATLARI

11/08/2022 11:56

Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur – Video

Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur – Video

11/08/2022 11:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.