İqtisadi və siyasi böhranın davam etdiyi Şri-Lankada gərginlik yenidən artıb. Dünən gecə müxalifətin etirazlarının mərkəzi olan paytaxt Kolomboda əsgərlər düşərgəyə basqın edib, çox sayda insan yaralanıb, 9 nəfər isə saxlanılıb.
Medianews.az xəbər verir ki, əsgərlərin apreldə qurduğu düşərgəni dağıddığını göstərən görüntülər mətbuatda öz əksini tapıb. Müxalifət əsgərlərin düşərgədə nümayişçiləri döydüyünü və iki nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.
Əsgərlərin təhlükəsizlik tədbirlərini artıran basqın, dünən and içmiş yeni prezident Ranil Wickremesinghenin etirazları zorakılıqla yatıracağı ilə bağlı narahatlıqları artırıb.
Xatırladaq ki, keçmiş lider Qotabaya Rajapaksa etirazçılar onun sarayını zəbt etdikdən sonra ölkədən qaçaraq istefa verib.
Aylarla davam edən nümayişlərə görə ölkədə fövqəladə vəziyyət elan edilib.
Leyla, Medianews.az