İsti hava dalğaların təsirinin qarşıdakı 10 gün ərzində bütün Çində hiss olunacağı gözlənilsə də, bu gün bəzi şəhərlər üçün ən yüksək xəbərdarlıq edilib.
Medianews.az xəbər verir ki, şənbə günü temperaturun kəskin yüksələcəyi, daha sonra isə isti dalğasına çevriləcəyi gözlənilir. Ay təqviminə əsaslanan Çin təqvimində bu şənbə “qızmarlı isti” gün adlanır.
Onu da əlavə edək ki, Çin Milli Meteorologiya Mərkəzinin baş sinoptikçisi Fu Jiaolan, 40 dərəcədən yuxarı temperaturun bir çox bölgədə təsirli ola biləcəyini söyləyib.
Leyla, Medianews.az