İstilərin səbəb olduğu meşə yanğınları davam edir.
Medianews.az xəbər verir ki, Fransanın cənub-qərbindəki Jironde bölgəsində 12 iyuldan bəri 2 fərqli nöqtədə davam edən meşə yanğınları qismən nəzarətə götürülüb. Bildirilib ki, 6 yanğınsöndürmə təyyarəsi, helikopter və 1800 yanğınsöndürən cəlb edilən işlər nəticəsində alov daha da inkişaf etməyib.
Məlumata görə, Arcachon Bay bölgəsində baş verən yanğında indiyədək 7 min hektar, Landiras qəsəbəsində isə 13 min 800 hektar sahə külə dönüb. Yanğınlar səbəbindən 36 mindən çox insan evlərindən təxliyə edilərkən, 6 min nəfərin evlərinə qayıtdığı qeyd edilib.
Leyla, Medianews.az