ABŞ prezidenti Co Baydenin dünən koronavirusa yoluxmasından sonra Ağ Evdən açıqlama verilib.
Medianews.az xəbər verir ki, ABŞ prezidenti Baydenin sağlamlıq vəziyyəti haqqında məlumat verən Ağ Evin Covid-19 cavab Koordinatoru Aşiş Jha bildirib: “Baydenin simptomları yüngüldür. Onun səhhəti yaxşıdır”.
ABŞ-ın aparıcı media qurumlarından biri olan CNN-ə danışan Jha bu gün Baydenin vəziyyətini yenidən yoxlayacağını bildirib.
Leyla, Medianews.az