Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-iyun ayları ərzində 35 300 şəxsə əlillik təyin edib.
Nazirlikdən Medianews.az-a verilən məlumata görə, onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.
Həmçinin müvafiq dövr ərzində 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib.
Medianews.az