Rusiya Ukraynada digər Avropa ölkələrinə qarşı tətbiq edə biləcəyi hər şeyi sınaqdan keçirir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, sanksiya təzyiqlərini dayandırmamağa və Ukraynaya silahla kömək etməyə çağırıb:
“Biz bu və ya digər xahişlə, bu və ya digər məsləhət və ya tələblə tərəfdaşlarımıza müraciət edəndə bu, Ukraynanın təcrübəsinə – artıq yaşadıqlarımıza əsaslanır. Bu, qaz müharibələri ilə başladı və tammiqyaslı işğal, raket terroru və Ukraynanın yandırılmış şəhərləri ilə başa çatdı”.