“Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçı kimi tanınmaqla bərabər, enerjinin çoxşaxəliliyini və yeni resursların ixracını təmin etməyi bacaran ölkə kimi qlobal iqtisadi xəritədə yer alıb. “Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində son illər respublikamızın artan rolu və mövqeyinin daha da möhkəmlənməsi, xüsusilə də son illərə qlobal enerji tranzitlərinin istifadəyə verilməsi ilə Avropanın enerji təhlükəsizliyində yüksək fəal etibarlı dövlət kimi əhəmiyyətinin artması qürurverici nüanslar kimi yadda qalıb. Azərbaycan tərəfindən TANAP və TAP kəmərlərinin qısa illər ərzində başa çatdırmaq böyük iradənin nəticəsidir və ölkəmizin strateji ölkə kimi imicinin ilbəil artmasından xəbər verir. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması isə enerji xəritəsinin daha da zənginləməsinə işarədir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Medianews.az-a açıqlamasında bildirib.
A. Hüseynov qeyd edib ki, Azərbaycan hazırda Avropa bazarında enerjinin çoxşaxəliliyini və yeni resursların ixracını təmin etməyi bacaran ölkə kimi qlobal iqtisadi xəritədə yer alır:
“Cənab Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə görüşündə də bəyan olundu ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində fəal rol alır. Xanım Lyayen bildirdi ki, Azərbaycan Aİ üçün vacib ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmini üçün əlaqələr daha da möhkəmləndiriləcək”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın böyük həcmli ehtiyatları vardır, qaz hasilatının ildən-ilə artması ixrac həcmlərinin artrılmasını da təmin edəcəkdir. Proqnozlara əsasən, 2025-ci illərdə ölkəmizin qaz istehdsalı 50% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla caqdır”.
Medianews.az