Müharibə dövründə ikinci xarici səfərini prezident Ərdoğan və İran prezidenti ilə görüşmək üçün edən Rusiya prezidenti Vladimir Putinin təyyarədən enərkən çəkilən görüntüləri dünya mediasında böyük əks-səda yaradıb.
Medianews.az xəbər verir ki, İngilis mediası Putinin pilləkənlərdən enərkən çətinlik çəkdiyini və axsadığını iddia edilib.
Bu görüntülər Putinin səhhəti ilə bağlı söz-söhbətlərin yenidən artmasına səbəb olub.
Tarixi zirvə dünya gündəmində geniş yer alarkən, Putinin durumu qısa zamanda bir çox qəzetlərdə xəbərlərdə yer aldı. Britaniyanın Metro qəzetinin “Vladimir Putin İrana endikdən sonra qırmızı xalçada axsadı” başlıqlı xəbərində Rusiya liderinin təyyarənin pilləkənlərindən enməkdə çətinlik çəkdiyi və axsadığı yazılıb.
Britaniyanın başqa bir qəzeti olan “Mirror” isə bu görüntülərə istinad edərək yazıb ki, Putin sağ qolunu bir müddət tərpətməyib.
Keçən həftələrdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti həkimlərin Putin üçün təyin etdikləri həyatı izah edib. İngilis Mirror qəzetinin iddiasına görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər.
Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin də xəstəliyi səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşüb.
Rus agent qəzetə verdiyi açıqlamada bunları deyib; ” Televiziyaya çıxanda deyəcəklərini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçalarına ehtiyacı olur. Bu kağızlardakı hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşib”.
Medianews.az