Suriyanın rəsmi xəbər agentliyi SANA-da yer alan xəbərə görə, Suriya Ukraynanın Dəməşqlə əlaqələrini kəsdikdən sonra qarşılıqlılıq prinsipinə uyğun olaraq Kiyevlə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərindən sonra açıqlama verilib.
Suriya hökumətinin rəsmi bəyanatında deyilir: “Suriya Ərəb Respublikası xatırladır ki, Ukrayna hökuməti Suriyanın Kiyevdəki səfirliyində işləyən suriyalı diplomatların yaşayış icazələrini yeniləməkdən imtina etdiyi 2018-ci ildən bəri Suriya ilə əlaqələri faktiki olaraq kəsib”.
Leyla, Medianews.az