2015-ci ildə Malazgirt Jandarma Komandiri Mayor Arslan Kulaksızın şəhid olduğu hücumun iştirakçısı PKK-lı Savaş Çelik MİT-in xarici əməliyyatı ilə yaxalanaraq Türkiyəyə gətirilib.
Medianews.az Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının terrorla mübarizəsi davam edir.
Daxili İşlər naziri Süleyman Soylu 2 gün əvvəl Qırmızı Bülletenlə axtarışda olan PKK terrorçusu Necati Utku Kirazın zərərsizləşdirildiyini açıqlamışdı. Son əməliyyatlar çərçivəsində MİT-in Şimali İraqda həyata keçirdiyi əməliyyatında terror təşkilatı PKK-nın yüksək səviyyəli rəhbərlərindən olan İzzəddin İnan da zərərsizləşdirilib.
Türkiyə təhlükəsizlik qüvvələri bir-birinin ardınca terrora zərbələr endirməkdə davam edir. MİT-in həyata keçirdiyi yeni əməliyyatda 2015-ci ildə Malazgirt Jandarma Komandiri Mayor Arslan Kulaksızın şəhid olduğu hücumun iştirakçısı PKK-lı Savaş Çelik xaricdə tutularaq Türkiyəyə gətirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, axtarışda olan PKK üzvü “Zerdeşt” kod adlı Savaş Çelik gizləndiyi kənddə də bir neçə terrorlar təşkil edib.
Medianews.az