Fevralın 24-dən müharibənin davam etdiyi Rusiya-Ukrayna xəttində Rusiyanın xarici işlər naziri Sergey Lavrov narahatlıq yaradan açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı”nın coğrafi hədəfləri artıq Donbasın şərqi ilə məhdudlaşmayacaq və bir neçə başqa bölgəni də əhatə edəcək.
Rusiyanın dövlət xəbər agentliyi olan RİA-da yer alan xəbərdə Lavrov bildirib ki, Qərb Ukraynaya uzaqmənzilli silahlar tədarük edərsə, əməliyyatın məqsədləri daha da genişlənəcək.
Leyla, Medianews.az