İranın ali dini lideri Xamneyi Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı açıqlama verərək, İran və Rusiya arasında uzunmüddətli əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu və zirvəyə çatmalı olduğunu vurğulayıb.
Medianews.az xəbər verir ki, Xamneyi deyib: “Müharibə düşmənçilik, çətin məsələdir və İslam Respublikası heç vaxt sadə insanların müharibələrdən təsirlənməsinin tərəfdarı deyil”.
Bununla belə, o bildirib ki, Rusiya Ukraynaya qarşı hərəkətə keçməsəydi, qarşı tərəf müharibəyə başlayardı.
NATO-nun təhlükəli qurum olduğunu deyən Xamneyi əlavə edib ki, əgər Ukraynada onun qarşısı alınmasaydı, daha sonra Krımda oxşar müharibəyə başlana bilərdi.
Leyla, Medianews.az