Avropaya təsir edən isti dalğası həyatı iflic edərkən, İngiltərə dünən tarixinin ən yüksək temperaturu olan 40 dərəcəni görüb.
Medianews.az Temperatur rekordunun qırıldığı ölkə gecə saatlarında alova təslim olub.
6 evin yanaraq külə döndüyü, 12-dən çox tövlənin ziyan gördüyü İngiltərədə yanğınsöndürənlər demək olar ki, nəfəs almadan çalışarkən, insanlar bütün gecəni yatmadan səngər qazaraq alovlardan xilas olma]a çalışıblar.
Hava istiliyinin rekord həddə çatdığı İngiltərənin paytaxtı Londonda 10 fərqli nöqtədə yanğın baş verərkən, şəhərin yanğınsöndürmə idarəsi görünməmiş bir vəziyyətlə üzləşdiyini bildirib.
Ölkədə fövqəladə vəziyyət elan edilib, əhaliyə parklarda, evlərin terraslarında və eyvanlarında manqal yandırmaq qadağan olunub. İkisi böyük malikanə olmaqla ümumilikdə 6 ev , 12-dən çox tövlə yanıb, Bir çox atomobillər isə yararsız hala düşüb.
London yanğınsöndürmə briqadası dünən axşam elan edib ki, bu, İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən gərgin gündür və paytaxta ən azı 110 yanğınsöndürən maşın göndərilib. İngiltərə səhiyyə xidmətlərinin verdiyi açıqlamada təcili yardım telefon xəttinə saatda təxminən 400 çağırışın gəldiyi açıqlanıb. Eyni zamanda ictimaiyyətdən gün ərzində maye istehlakına diqqət etmələri istənilib.
Medianews.az