Londonda yerləşən “Henley & Partners konsaltinq” şirkəti tərəfindən hər il hazırlanan “Henley Pasport İndeksi”nin yenilənmiş məlumatları ictimaiyyətlə paylaşılıb.
Medianews.az xəbər verir ki, hər il hazırlanan və səbirsizliklə gözlənilən siyahının reytinqində diqqətçəkən dəyişikliklər olub. Belə ki, vizasız gediş-gəlişin təmin edilməsi meyarı əsasında hazırlanan siyahıda ən güclü pasportlara malik ölkələr kimi Yaponiya, Sinqapur və Cənubi Koreya seçilib. Bununla da Covid-19 epidemiyasından əvvəl Avropa ölkələrinin üstünlük təşkil etdiyi siyahıda Asiya ölkələri ön plana çıxmağı bacarıb.
Reytinqdə bu üç Asiya ölkəsini Almaniya, İspaniya, Finlandiya və İtaliya izləyir, Türkiyə isə 54-cü yerdədir.
Qeyd edək ki, Türkiyə keçən il reytinqdə 57-ci olub.
Ukraynaya hücum edərək böyük reaksiya alan və sanksiyaya məruz qalan Rusiyanın pasportu isə 50-ci yerdə qərarlaşıb.
Əfqan pasportu dünyanın ən yararsız pasportu kimi siyahıya daxil edilib. Xatırladaq ki, Əfqanıstan pasportu sahibləri yalnız 27 ölkəyə daxil ola bilərlər.
Leyla, Medianews.az