12 yaşlı uşaq faciəvi şəkildə ölüb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Bildirilib ki, hadisə dünən baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Kazım oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
12 yaşlı İbrahim Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.