Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın evindən oğurluq edən şəxs tapılıb.
Proses.az xəbər verir ki, bu haqda Canana sosial şəbəkədə bildirib.
O, oğurluq edən şəxsin yeni görüntülərini paylaşaraq onun artıq saxlanıldığını deyib.
Qeyd edək ki, iyulun 15-də naməlum şəxs Canananın müvəqqəti qaldığı evinə girərək oğurluq edib. Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Canana çəkilən görüntülərini instaqram hesabında yayımlayıb. O, izləyicilərindən həmin şəxsin tutulması üçün kömək istəyib.