2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının dəqiq vaxtı bəlli olub.
Olimpiada 14 – 30 iyulda, paralimpiada isə 15 – 27 avqustda keçiriləcək.
Oyunlarda 15 minədək idmançının iştirakı gözlənilir.
Xatırladaq ki, Los Anceles şəhəri üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Daha əvvəl bu şəhərdə 1932 və 1984-cü illərdə Olimpiada keçirilib.