ABŞ Konqresinin Nümayəndələr Palatası NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveç və Finlandiyanın alyansa üzv olmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
Medianews.az xəbər verir ki, Nümayəndələr Palatasının 394 üzvü qanun layihəsini dəstəklədiyi halda, Respublikaçılar Partiyasının 18 üzvü əleyhinə səs verib. Qanun layihəsi Konqresin yuxarı palatası olan Senat tərəfindən də təsdiqlənəcək.
Xatırladaq ki, Türkiyənin ötən ay etirazlarını geri götürməsindən sonra İsveç və Finlandiyanın NATO-ya üzv olmasının yolu açılıb.
Onu da əlavə edək ki, iki ölkənin üzvlüyü NATO-ya daxil olan 30 ölkənin hamısının parlamentləri tərəfindən ratifikasiya edilməlidir.
Leyla, Medianews.az