Rusiya Google-u qanunsuz hesab edilən məzmunu silmədiyinə görə 21,1 milyard rubl (təxminən 370 milyon dollar) cərimələyib.
Medianews.az xəbər verir ki, Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi (Roskomnadzor) Google-u cərimələyib. Roskomnadzor, Google-a məxsus video paylaşma platforması YouTube-un “Ukraynada xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı Rusiya Federasiyasının silahlı qüvvələrini gözdən salan yalan məlumatı” silmədiyini açıqladı.
Agentliyin məlumatına görə, YouTube, həmçinin ekstremist fikirləri təbliğ edən və qeyri-qanuni etiraz aksiyalarında iştiraka çağırışlar edən məzmuna icazə verir.
Medianews.az