Deputatların etimad səsverməsində Böyük Britaniya hökuməti 238 əleyhinə 349 səslə qalib gəlib. Dünən axşam açıqlanan nəticələrə görə, deputatların əksəriyyətinin hökumətə etimad göstərməsi ilə ümumi seçkilərin keçirilməsi ehtimalı aradan qaldırılıb.
Medianews.az xəbər verir ki, keçən həftə müxalifətdəki İşçi Partiyasının Baş nazir Boris Consona tez bir zamanda istefa verməsi üçün təzyiq etməsindən sonra hökumət etimadsızlıq səsverməsi keçirdi. Əksəriyyət hökumətin əleyhinə səs verərsə, ölkədə ümumi seçki gözlənilirdi.
Xatırladaq ki, İngiltərə Baş naziri Conson iyulun 7-də istefa verdiyini elan etdikdən sonra Mühafizəkarlar Partiyasının 1922-ci il Komitəsi Consonun partiyanın yeni lideri seçilənə qədər vəzifəsini davam etdirməsinə qərar verildiyini elan etdi. Komitə Consonun sentyabrın 5-dək vəzifəsində qalacağına qərar vermişdi.
Leyla,Medianews.az