Bakı Mühəndislik Universitetinin məzunu İsfəndiyar Eminli ABŞ-ın prestijli Kentukki Universitetinə doktorantura təhsili üçün tam təqaüdlü qəbul olub.
Medianews.az xəbər verir ki, bu barədə feysbukda “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, Emin il ərzində 62 000 ABŞ dollar məbləğində təqaüd alacaq.
O, həmçinin təhsil aldığı müddətdə universitetdəki ilk tədris ilində müəllim köməkçisi, sonrakı illərdə isə elmi işçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bir müddət öncə Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov illik 28 000 ABŞ dolları məbləğində təqaüd qazanaraq ABŞ-ın Luiziana Dövlət Universitetinə qəbul olub.