Ukrayna prezidenti Vladimir Zelenski briqada generalı Vasil Malyukun ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilməsi barədə qərar verib.
Medianews.az xəbər verir ki, Ukraynanın Rəyasət Heyətinin saytında dərc olunan qərara əsasən, qurumun rəis müavini vəzifəsində çalışan Malyuk etibarnamə ilə SBU-nun sədri təyin edilib.
Zelenski dünən SBU rəhbəri İvan Bakanov və Ukraynanın baş prokuroru İrina Venicetovanı vəzifəsindən azad edib.
Mövzu ilə bağlı açıqlama verən Zelenski, işğal olunmuş ərazilərdə qalan 60-dan çox Təhlükəsizlik Xidməti və hüquq-mühafizə orqanlarının ruslarla əməkdaşlıq etdiyini bildirib və bu vəziyyətin idarəçilər üçün ciddi problemlər yaratdığını qeyd edib.
Medianews.az