Yağışlı və buludlu havası ilə tanınan Belçikada son illərin ən quraq dövrlərindən biri yaşanır. Ölkədə istilər səbəbindən narıncı xəbərdarlıq elan edilib.
Medianews.az xəbər verir ki, yağıntının az olması və mövsümi normadan artıq isti havalardan sonra ölkədə səhra istilərinin yaşanacağı bildirilib.
Yanğınsöndürmə və tibb qruplarının xüsusi hazırlandığı ölkədə vətəndaşlara zərurət olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.
Məlumatda bildirilir ki, sabah xüsusilə Fransa sərhədinə yaxın bəzi bölgələrdə hava istiliyinin 40 dərəcəyə çatacağı gözlənilir.
Leyla, Medianews.az